SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün kənd təsərrüfatı işçiləri günüdür. Artıq 15 ildir ki, noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 9 oktyabr 2008-ci il tarixində sərəncam imzalayıb.

Hazırda ölkəmizdə qeyri-neft sektorunun ən aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Dövlət dəstəyi proqramına start verilməsi, bu yöndə qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar, həmçinin fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir, nəticədə iqtisadiyyatın, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.

2015-ci ildə Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunub və 5 istiqamətdə 50-dən çox tədbir reallaşdırılıb. Hazırda ölkədə XXI əsrin biznes texnologiyası sayılan aqroparklar yaradılır.

Prezident İlham Əliyev tərəfindən 2007-ci ildən kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi və bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir.

Son illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bu dövr ərzində səmərəli fəaliyyət göstərib, ciddi nəticələr əldə edib. Kənd təsərrüfatı sahəsi artıq elmi cəhətdən idarə olunur.

Sadəcə 2019-cu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6,27 milyard manat təşkil edib ki, bu da 2018-ci ilin ilin müvafiq dövrü ilə müqayisədə 7,1% artıqdır.

Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib, aqrar sahənin ixrac potensialı yüksəlib.

BAKU.WS