SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü” davam edir.
 
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
 
“Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunması barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.
Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.
 
 
BAKU.WS
QALEREYA