SİZİN REKLAM BURADA!
055 213 76 73


Connect brendi Şəmkir şəhəri Bayramlı kəndlərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.

BAKU.WS şirkətə istinadən xəbər verir ki, Bayramlı kəndində ümumilikdə 700-dən çox ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda müştərilər aktiv olaraq müvafiq xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.

Fəaliyyətində daim müştəriyönümlülük prinsipini önə çəkən “Connect”in bu bölgədə fəaliyyətə başlamasının əsas səbəbi abunəçiləri yüksək internet və TV xidməti ilə təmin etməkdir.

Connect ailəsinin əsas məqsədi bütün Azərbaycanı keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin etməkdir!

Qeyd edək ki, “Connect” QSC 2005-ci ildən Azərbaycanın bir çox bölgəsində və Bakı şəhərində telekommunikasiya xidmətləri üzrə fəaliyyət göstərir.

BAKU.WS