SİZİN REKLAM BURADA!
055 213 76 73


Cari ilin sentyabr ayında orta hesabla bir ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımın (ÜDSY) məbləği 26,9 faiz artıb.

BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, ötən ilin sentyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 376,8 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 478,4 manat təşkil edib.

 

BAKU.WS