SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ən doğru qərar Zəngəzur dəhlizinin açılmasıdır".
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu “A Haber”ə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr davam edir: “Ermənistan tərəfi ilə müzakirələr gedir.Amma əgər Ermənistan buna razı olmasa, biz İrandan keçən alternativ yolu açacağıq. İranla bu məsələ barədə təmaslarımız davam edir. Xatırladım ki, Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı bu məsələ də müzakirə olunmuşdu".
 
Nazir qeyd edib ki, Zəngəzur dəhlizinin açılması bütün regionun və türk dövlətlərinin xeyrinə olacaq.
BAKU.WS