SİZİN REKLAM BURADA!
055 213 76 73


Xanəndə Pərviz Qasımov BƏƏ-də keçirilən “Dubai pro 2023” adlı "Bodybuilding" yarışında istirak edib.

BAKU.WS xəbər verir ki, yarış "World Trade Centre Arena"da baş tutub. 

Bir çox ölkənin idmançısının qatıldığı yarışda Pərviz Qasımov 6 nəfərlə finala vəsiqə qazanıb. Bu barədə o sosial şəbəkə hesabında foto və vidoelar paylaşıb. Qasımov yarışda 4-cü yerə sahib olub.

Xatırladaq ki, xanəndə Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibidir.

O keçmiş baş nazir Novruz Məmmədovun kürəkənidir. Muğam ifaçısı sabiq nazirinin qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı azyaşlı övladı var.

BAKU.WS
VİDEO

QALEREYA