SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Vətən Müharibəsi iştirakçılarının Anım Günü ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilib.

BAKU.WS xəbər verir ki, Bakı, Abşeron, Sumqayıt, həmçinin ölkə rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib.

Onlara EKQ, ExoKQ və USM müayinəsi və muasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb.

Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Tədbirdə ETKi könüllüləri aktiv iştirak ediblər.

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilən tibbi aksiya yüksək səviyyədə baş tutmuş və vətəndaşlar tərəfindən məmnunluq ilə qarşılanıb.

BAKU.WS
QALEREYA