ETX XƏBƏRDARLIQ ETDİ

Son vaxtlar müxtəlif internet resursları vasitəsilə vətəndaşlara xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.
Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edir.
Oxşar xəbərlər
“Whatsapp” kimi digər sosial şəbəkə hesablarımız da oğurlana bilərmi?
Azərbaycanda “Whatsapp” istifadəçilərinin hesablarının ələ keçirilməsi ilə narahatlıq azalmamış insanlar digər sosial sosial şəbəkə hesablarının oğurlanacağı il...
