SİZİN REKLAM BURADA!
055 213 76 73


Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq.

Bu, "Sosial xidmət haqqında" qanuna təkif edilən dəyişiklikdə öz əksini tapıb.

Həmin şəxslər çətin şəraitə düşən insanlar kateqoriyasına aid olunacaq və ev alana kimi dövlət müəssisəsində yaşayış yeri ilə təmin ediləcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, həmin şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəssisələrindən çıxırdılar və ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, yəni kirayə haqqı verə bilmirdilər:

"İndi həmin şəxslər də çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq. Eyni zamanda, onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq”.

BAKU.WS
VİDEO