SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər yağan güclü yağış nəticəsində yaranan sel sularının Şəki rayonunun yol infrastrukturuna və yol qurğularına vurduğu ziyanın fəsadlarını ardan qaldırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, aparılan işlər çərçivəsində rayonun Aydınbulaq, Aşağı Daşağıl, Şirinbulaq, Əlyar, Cəyirli və Qozlubulaq kəndlərində avtomobil yollarında sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış küvetlər yenidən qurulub.

Həmin yolların hər birində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

BAKU.WS
QALEREYA