SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial xidmət müəssisələrinin fəaliyyətinə vahid nəzarət mexanizmi yaradılacaq.

BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb.

Qeyd edilib ki, sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizminin müəyyən edilməsində əsas icraçı qurum Nazirlər Kabinetidir.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliy 2024– 2025-ci illər ərzində sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın layihəsinin hazırlanması, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın layihəsinin müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılması və sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunmasını təmin etməlidir.

BAKU.WS