SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Baba Mikayılovla Şamaxının Göylər kəndində yaşadığı evdə vida mərasimi keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin qardaşları İlham və Cəlal Mikayılovlar jurnalistlərə açıqlamalarında bildiriblər ki, 31 il Babanın yolunu gözləyiblər:

“Bizə xəbər verdilər ki, qardaşımızın qalıqları tapılıb. Çox sevindik. Çünki 31 ildə anamın gözünün yaşı qurumurdu. Hər gün qapı açılanda “Gör, gələn Babadır”, - deyirdi. Prezident İlham Əliyevə təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin”.
B.Mikayılovun bacısı Sənayə İbrahimova deyib ki, qardaşı döyüşlərə könüllü gedib və orada yaralanıb:

“Yalvardıq ki, getmə. Dedi ki, orada anam-bacım da var və gedəcəyəm. Qardaşım gedəndə dedi ki, mənim oradan meyitim gələcək. Elə o gedən getdi (ağlayırlar). İndiyə kimi, gözümüz yolda idi. Nə yaxşı ki, qardaşım artıq bizimlə eyni torpağındadır. Daha anamın da gözü yollardan yığıldı”.

BAKU.WS