SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Abbasov Məhərrəm Abbas oğlunun dəfn mərasimi keçirilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

O, Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilib.

Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. O, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşüb. Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.

BAKU.WS
QALEREYA