SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeməklərdən tutmuş salatlara və içkilərə qədər hər zaman istehlak etdiyimiz limonları sıxdıqdan sonra qabıqlarını atırıq. Lakin limon qabıqlarını atmaq limondan yanlış istifadədir.

BAKU.WS xarici mətbuata istinadən limon qabığının faydalarını təqdim edir:

Limon qabığından çay hazırlaya bilərsiniz: Hazırlayacağınız çay həm ödəmi aradan qaldırır, həm də immunitetinizi gücləndirir. Limon qabığı ilə çay hazırlamaq üçün limon qabıqlarını bir neçə dəqiqə qaynar suda saxlamaq kifayət edir. Üzərinə bal və ya darçın əlavə edərək istehlak etmək mümkündür.

Yeməklərdə istifadə edə bilərsiniz: Limon qabığını atmaq əvəzinə yeməklərdə istifadə etdiyiniz zaman hazırladığınız yeməklərdə yüngül limon dadı alacaqsınız. Müxtəlif reseptlər yaratmaq üçün şorba və makaron souslarında limon qabığından istifadə edə bilərsiniz. Rəndələnərək istifadə edəcəyiniz qabıq yeməklərə fərqli dad qatacaq.

Dəriyə qulluq edə bilərsiniz: Limon qabıqlarından istifadə edə biləcəyiniz başqa bir sahə dəriyə qulluqdur. Dəriyə qulluqda istifadə edilən limon qabığı C vitamini dəyəri ilə dərini yeniləyəcək. Rəndələnmiş limon qabığı ilə krem ​​hazırlaya bilərsiniz. Çox incə rəndələnmiş qabıqları su ilə qarışdırıb dərinizə çəkin. Daha sonra su ilə üzünüzü yuyun.

Təmizləmə vasitəsi olaraq istifadə edə bilərsiniz: Limon qabığı da limonun özü kimi güclü təmizləyici vasitə kimi istifadə edilə bilər. Mətbəx və hamamı silmək üçün limon qabığından istifadə etmək mümkündür.

Xoş ətir əldə edin: Pis qoxulardan xilas olmaq üçün istifadə edə biləcəyiniz məhsullar arasında limon qabığı da var. Soyuduculardakı pis qoxuları aradan qaldırmaq üçün içinə limon qabığı qoya bilərsiniz və qabıq pis qoxunu yox edəcək. Eyni şey ayaqqabı şkafları üçün də keçərlidir. Eyni zamanda balıq kimi ağır qoxulu yeməkləri bişirdikdən sonra limon qabığını bir neçə dəqiqə ocaqda saxlamaq da pis qoxunu aradan qaldırmağa kömək edir.

BAKU.WS