SİZİN REKLAM BURADA!
055 213 76 73


18 avqust 2023-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir.

BAKU.WS xəbər verir ki, sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir.

AZAL-ın bu unikal şəhərə uçuşlarının bərpası sərnişinlərə gözəl görməli yerlərdən həzz almağa, mühüm işgüzar görüşlərdə iştirak etməyə və unudulmaz tətil keçirməyə imkan verəcək.

Aviabiletləri şirkətin www.azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

BAKU.WS