SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün gecə saatlarında Heydər Əliyev prospektində ağır qəza baş verib

BAKU.WS xəbər verir ki idarəetmədən çıxan minik avtomobili yük maşınına çırpılaraq yararsız vəziyyətə düşüb.

Məlum olub ki, minik avtomobilini "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli idarə edib. O və avtomobildə olan sərnişinlərdən biri ağır xəsarətlər alıb. Digər sərnişin, Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Məmmədov Rusal Şahin oğlu isə aldığı xəsarətlərdən elə yerindəcə dünyasını dəyişib. Yaralı Nicat Şakirli isə dərhal TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə təxliyə olunub.

Yaralının sağ qolu dirsəkdən amputasiya olunub. Hazırda vəziyyəti stabil-ağırdır.

Doğmaları Nicat Şakirlinin reanimasiya şöbəsində müalicəsinin davam etdiriləcəyini bildiriblər.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

BAKU.WS
VİDEO