SİZİN REKLAM BURADA!
055 213 76 73


“Xəstəxanada ölən şəxslə bağlı “aclıqdan dünyasını dəyişib” iddiası irəli sürmək absurddur”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənov Qarabağda guya bir erməninin acından ölməsi barədə iddialara münasibət bildirərkən deyib.

“Meyitin döş qəfəsinin ön sol tərəfində ürək nahiyəsində olan göy yumru ləkələr ona reanimasiya tədbirlərin tətbiq edildiyini göstərir”, - professor vurğulayıb.

Onun sözlərinə görə, adətən həmin tibbi müdaxilə kliniki ölüm keçirən şəxslərə edilir:

“Bu da onu deməyə əsas verir ki, həmin şəxs evdə, yaxud küçədə deyil, məhz xəstəxana şəraitində ölüb. Xəstəxanada ölən şəxslə bağlı “aclıqdan dünyasını dəyişib” iddiası irəli sürmək absurddur. Aclıqdan pis hala düşən insana bir neçə flakon qlükoza köçürülməsi vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi”.

Mütəxəssis bildirib ki, meyit narkotik maddə istifadəçisinə, QİÇS, eləcə də xərçəng digər xəstəliklərə düçar olmuş şəxsə də aid ola bilər:

“Bu cür bədən quruluşuna sahib insanlar çoxdur. Bir sözlə, bu cür meyitin şəklini yayıb acından ölmüş kimi qələmə vermək şoudan başqa bir şey deyil. Heç meyitin fotosunun hansı ölkədə çəkildiyi də məlum deyil, bu da ayrı söhbətin mövzusudur”.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə yaşayan ermənilər orada bir nəfərin “acından ölməsi” barədə iddia irəli sürüblər. Guya hadisə Azərbaycanın “humanitar böhran” yaratması nəticəsində baş verib.

BAKU.WS