SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Mələkxanım Eyubova gəlininin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı oxu.az Xalq artisti Mələkxanım Eyubova ilə danışıb.

Xatırladaq ki, Xalq artisti M.Eyubovanın gəlini Səadət Nəcəfovanın vəziyyəti ağır olduğundan aprelin 28-də qəfil xəstəxanaya yerləşdirilmişdi. Böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün bir müddət ağır vəziyyətdə xəstəxanada yatmışdı.

S.Nəcəfovanın ötən gün yenidən xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. Bu haqda S.Nəcəfova və Cəfər Nəcəfov özləri şəxsi “Instagram” hesablarında paylaşım ediblər.

Xalq artisti narahatlığa ehtiyac olmadığını bildirib:
“Bizi sevənlər çox narahat oldular. Hər birinə bildirmək istəyirəm ki, narahat olmayın. Hər şey yaxşıdır”.

Qeyd edək ki, M.Eyubovanın Cəfər və Nicat adlarında iki oğlu, Nəzrin və Nərmin adlarında iki qızı var. C.Nəcəfov ailəlidir, bir qız atasıdır.

BAKU.WS
QALEREYA