SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağcabədi rayonundakı “Ay işığı” kafesində saxta alkoqollu içkilər aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları kafedə mənşəyi məlum olmayan ətlərdən yeməklərin hazırlanması, müəssisənin qanunsuz olaraq fəaliyyət göstərməsi və antisanitar vəziyyətlə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında fiziki şəxs Sabir Qəşəm oğlu Quliyevə məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçiriblər.

Baxış zamanı müəssisədə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi məlum olub. Həmçinin, aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.

Belə ki, ictimai iaşə müəssisəsində mal qonşuluğu prinsipinin pozulduğu, bəzi qida məhsullarının birbaşa döşəmə üzərində saxlanıldığı, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müşahidə olunub. Yoxlama zamanı müəssisəyə qəbul edilən xırdabuynuzlu heyvan ətlərinin müşayiətedici sənədlərinə və vaxtaşırı olaraq müvafiq təmizlik işlərinin aparılmasına dair sənədlər təqdim olunmayıb.

Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

BAKU.WS
QALEREYA