SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev arasında görüş keçirilib.

BAKU.WS xəbər verir ki, görüşdə SOCAR-ın neft-qaz və neft-kimya sənayesində çalışan peşəkar mütəxəssislərinin ekspert qismində akkreditasiya prosesinə cəlb olunması, bilik və təcrübə mübadiləsi, texniki ekspertlərin hazırlanması, uyğunluğun qiymətləndirilməsi sahəsində birgə təlimlərin təşkili kimi müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

Sonda SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

BAKU.WS
QALEREYA