SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətəndaş Dərnəgül yolunda yerləşən tikinti və inşaat materialları bazarında aldadılıb.

Bu barədə oxu.az-a müraciət edən Mirismayıl Rzayev bildirib.

Onun sözlərinə görə, bir ildir ki, onu aldadanlar tapılmır:

“Bir il əvvəl ev tikmək üçün bazardan inşaat materialları almaq üçün 3500 manat pul verdim. Amma materialları təhvil vermədilər. Ötən ilin sentyabr ayında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə şikayət ərizəsi yazdım.

Məsələ ilə bağlı cinayət işi açıldı. Amma müstəntiq Emin Musayev işlə maraqlanmadı. Daha sonra onunla polis bölməsində görüşdüm. Mənə bildirdi ki, əməli törədən adamı tapmadığı üçün işi rədd edib. İndi bilmirəm necə edim ki, yarımçıq qalan evimi tikdirib, kirayələrdən çıxım”.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, vətəndaşın şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılıb:

“Zərərçəkənin izahatı alınıb. Toplanmış material daha sonra Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət işi başlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir”.

BAKU.WS