SİZİN REKLAM BURADA!
055 213 76 73


“Füzulidə Peşə Mərkəzinin inşasına başlanılacaq”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə məlumat verib.

“Qarabağa Qayıdış proqramı çərçivəsində ümumilikdə səkkiz peşə təhsili mərkəzi inşa olunacaq”, - deyə C.Kərəmov əlavə edib.

Onun sözlərinə görə, Qarabağda açılacaq peşə təhsili mərkəzlərində həm ənənəvi peşələr, həm də yeni ixtisaslar olacaq:

“Məsələn, Füzulidə tikiləcək peşə təhsili müəssisəsində kənd təsərrüfatı, suvarma istiqamətində kadrlar hazırlanacaq. Bununla bərabər, hava limanlarında tələb edilən ixtisaslar, dronlar və onların tətbiqi üzrə texniklər hazırlamağı planlaşdırırıq.

Qarabağdakı səkkiz müəssisənin hər birində müvafiq regionun tələblərinə uyğun kadrlar hazırlanacaq”.

BAKU.WS