SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Rühəngiz Musəvi yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Elgizlə izlə" proqramına qonaq olan sənətçi səfərlərdən birinin səyahət gəmisi ilə baş tutduğunu və orada Azərbaycan gözəli elan edildiyini bildirib:

"Getmədiyim xarici ölkə yoxdur. İllər əvvəl "Azərbaycan" adlı gəmi vardı. 1976-cı ildə beş ay o gəmi ilə həmkarım Eldar Axundovla kruizə çıxmışam. Orada da məni "Miss Azərbaycan" gözəli seçiblər.

O kruizlə biz Yunanıstana, İtaliyaya, İspaniyaya, Afrika ölkələrinə getmişəm. Ölməz və dahi sənətkar Rəşid Behbudovla Macarıstanda olmuşam".

BAKU.WS
VİDEO

QALEREYA