SİZİN REKLAM BURADA!
055 213 76 73


Oxucuların nəzərinə çatdırmaq istərdik ki, BAKU.WS_OFFİCİAL instaqram səhifəsində “Qurtuluş 93” Mənzil İstismar Kooperativi barədə dərc edilən 05.05.2023-cü il tarixli xəbər Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəsmi saytına istinadən paylaşılıb. Xəbərdəki məlumatlar həmin məlumatın təkrarıdır. Lakin tərəfimizdən dərc olunmuş xəbərə yanlışlıqla “Qurtuluş 93” MTK-ya aid afişa əlavə edilmişdir.

Bu səbəbdən “Qurtuluş 93 Residence” MTK haqlı olaraq xəbərdəki məlumatda onların rəhbəri kimi adı çəkilən Hüseyn Əsgərov adlı sədrlərinin olmadığını, “Birlik İnşaat” MMC ilə heç bir iş birliyi və bağlılığı olmadığını iddia edirlər. Araşdırma nəticəsində məlum oldu ki, əslində xəbərdə adı çəkilən “Qurtuluş 93” Mənzil İstismar Kooperativi (VÖEN: 1403445531) və “Qurtuluş 93 Residence” Mənzil Tikinti Kooperativi (VÖEN: 3103454751) fərqli hüquqi şəxslərdir.

Qeyd etmək istərdik ki, bu başlıqda və bu afişada xəbər bizimlə yanaşı bir çox internet informasiya resurslarında öz əksini tapmışdır. Lakin biz öz növbəmizdə təhrif olunmuş paylaşımdan dolayı “Qurtuluş 93 Residence” Mənzil Tikinti Kooperativinin rəhbərliyindən və oxuculardan üzr istəyirik. Əlavə etmək istəyirik ki, niyyətimiz işgüzar nüfuza xələl gətirmək olmamışdır, sadəcə hüquqi şəxslərin adları oxşar olduğu üçün anlaşılmazlıq yaranmışdır və nəticədə xəbər təhrif olunmuşdur.

Oxuculardan bir daha xahiş olunur ki, 05.05.2023-cü il tarixli xəbərin “Qurtuluş 93” Mənzil İstismar Kooperativinə aid olmadığı sübuta yetirildiyi üçün əvvəlki paylaşımı nəzərə almayasınız və MTK barədə yanlış təsəvvürlərə qapılmayasınız.

BAKU.WS