SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Ağız-Diş Sağlamlığı Mərkəzi və Təcili Tibbi Yardım Xidməti yaradılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov səhiyyə sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, muxtar respublikada təcili və təxirəsalınmaz tibbi xidmətin müasir tibbi tələblər əsasında və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məqsədilə, Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti yaradılıb. Yeni yaradılan Mərkəzin ərazisində 50 çarpayılıq təcili tibbi yardım üzrə xidmət göstərəcək yeni korpusun tikilməsi nəzərdə tutulur.

Samiq Sadıxov qeyd edib ki, muxtar respublika əhalisinə ağız və diş sağlamlığı xidməti Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi və özəl stomatoloji kabinələr tərəfindən göstərilir. Lakin bu sahədə xidmət müasir tibbi tələblər səviyyəsində deyil. Belə ki, implant və digər cərrahi-stomatoloji xidmətlərin ağız və diş cərrahı olmayan şəxslər tərəfindən göstərilməsi, peşəkar həkim ixtisası olmayan şəxslər tərəfindən diş çəkilməsi və gecə vaxtlarında ehtiyac olmasına baxmayaraq növbətçi stomatoloqların olmaması əhalinin stomatoloji xidmətlərdən lazımi səviyyədə yararlanmasına mane olur. Bu səbəbdən muxtar respublika əhalisinə ağız və diş sağlamlığı xidmətinin müasir tibbi tələblər əsasında qurulması üçün Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi və Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Stomatoloji şöbəsinin bazası əsasında Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlığı Mərkəzi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətinin baş həkimi Vüsal Əliyev və Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzinin baş həkimi, stomatoloq Azər Həsənov sözügedən sahələrdə olan qüsur və çatışmazlıqlardan danışıb, yeni yaradılan mərkəzlərin iş imkanları barədə məlumat veriblər.

BAKU.WS