SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənilərin iyun ayının 15-də Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutması nəticəsində sərhədçimiz yaralanmışdı.

BAKU.WS xəbər verir ki, Ermənistan tərəfinin təxribata əl ataraq, atəşkəsi pozması nəticəsində yaralanan hərbçimiz Elşən Rüstəmov Trend-ə açıqlama verib.

O bildirib ki, xidməti ərazimizdə üçrəngli zəfər bayrağımızı dalğalandıran zaman düşmən tərəfi növbəti təxribata əl atıb:

"Bizə atəş açmağa başladı. Düşmən atəş açarkən biz silahsız idik. Atış açıldığını görüb tez mövqeləndik. Mən mövqelənərkən sol ayağımdan yaralandım. Mənə heyətimiz tərəfindən orda ilkin tibbi yardım göstərildi və həmin ərazidən Füzuli Rayon Xəstəxanasına təxliyə edildim. Xəstəxanada mənə lazımı ilkin tibbi müayinələr göstərildi və Bakı şəhərinə gətirildim".

E.Rüstəmov iki dəfə sol ayağından əməliyyat olunduğunu bildirib.

"Hazırda özümü yaxşı hiss edirəm. Xəstəxananın tibbi heyətindən və Dövlət Sərhəd Xidmətinin bütün rəhbərliyinə təşəkkür edirəm. Yaxın müddətdə ayağa qalxıb xidmətimi davam etdirəcəm. Sərhədçi olmağımla qürur duyuram", - deyə sərhədçimiz bildirib.

Xatırladaq ki, 15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar. Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

BAKU.WS
QALEREYA