SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Heyvanları yaşıllıqda qanunsuz otaranlar ciddi cəzalanacaq.

BAKU.WS-in xəzərxəbər-ə istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nı təsdiqləyib. Qərara əsasən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəymiş ziyanın hesablanması qaydası müəyyənləşdirilib.

Bura əsasən şəhərlərdəki, eləcə də magistral yolların və su obyektlərinin kənarlarındakı yaşıllıqlar daxildir.

Cərimələr hansı heyvan olmasından və zərərin miqyasından asılı olaraq dəyişir.

Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki yaşıllıq sahələrində heyvanların otarılması nəticəsində dəymiş ziyan üç dəfə artırılmaqla hesablanacaq. Dəyən zərərin hesablanmasını və təqsirkar şəxslərə göndərilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialda tanış ola bilərsiniz.