SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Dövlət Neft Fondunda kadr dəyişikliyi olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi Ayan Ağalar vəzifəsindən azad olunub.

A.Ağalar bu vəzifəyə ötən il təyinat almışdı.

O, açıqlamasında məlumatı təsdiqləyib və artıq Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışdığını qeyd edib.

Qeyd edək ki, onun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Ayan Ağalar daha əvvəl AFFA və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində də çalışıb.

BAKU.WS