SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda dördəm dünyaya gəlib. 

BAKU.WS xəbər verir ki, TƏBİB uşaqların vəziyyəti ilə bağlı apa-ya açıqlama verib.

Bildirilib ki, 1993-cü il təvəllüdlü vətəndaş tərəfindən TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində dördəm dünyaya gəlib:

“Körpələr doğularkən çəkiləri 1 300, 1 300, 1 400 (hər biri kişi cinsi olmaqla) və 1 200 (qadın cinsi olmaqla) qram olub. Onlara zəruri tibbi xidmətlər göstərilib və müalicələri davam etdirilib. 02.05.2023-cü il tarixində anaları və körpələri kafi vəziyyətdə evə buraxılıb”.

***12:22

Maştağada yaşayan Məmmədovlar ailəsində dördəm dünyaya gəlib. Ailə övladlarına Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə və Ümummilli lider Heydər Əliyevin xatirəsinə İlham, Mehriban, Ərdoğan və Heydər adlarını verib.

BAKU.WS xəbər verir ki, bu barədə qafqazinfo-ya körpələrin atası Murad Məmmədov məlumat verib.

O bildirib ki, uşaqlar martın 31-də, Respublika Perinatal Mərkəzində dünyaya gəliblər: “Lakin onlar vaxtından əvvəl, yəni 7 aylıq doğulduqları üçün xəstəxanadan uşaqları 33 gün sonra, mayın 3-də çıxardıq. Uşaqlardan biri qız, üçü isə oğlandır.

Hazırda vəziyyətləri normaldır. Bu adları uşaqlara Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar qoyduq. Ərdoğan adını isə övladımıza Rəcəb Tayyib Ərdoğanın 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə dəstəyinə görə verdik”.

8 il əvvəl ailə quran 32 yaşlı Murad və 30 yaşlı Aygülün 7 yaşlı Ayan adlı bir qızları da var.

BAKU.WS
QALEREYA