SİZİN REKLAM BURADA!
055 213 76 73


Dörd nəfər keçmiş hakim vəkil kimi fəaliyyət göstərəcək.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, 4 keçmiş hakim Vəkillər Kollegiyasına üzv qəbul olunub.

Onlar Əmir Bayramov, Kəmalə Əmirxanova, Məhəmməd Bağırov və Nofəl Mustafayevdir.

Bayramov Əmir Novruz oğlu 2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. Əmir Bayramov 2000-2007-ci illərdə Bakı Hərbi Məhkəməsinin hakimi olub. Yaş həddi ilə bağlı təqaüdə çıxıb.

Əmirxanova Kəmala Fərman qızı Nərimanov Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.

Bağırov Məhəmməd Abduləli oğlu Füzuli Rayon Məhkəməsinin hakimi və sədri olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.

Mustafayev Nofəl Qara oğlu Tovuz Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.

Qeyd edək ki, onlar bu gün vəkil andı içərək fəaliyyətə başlayacaqlar.

BAKU.WS