SİZİN REKLAM BURADA!
055 213 76 73


“Artıq gələn həftədən başlayaraq evdən seçicilərin onlayn qəbulunu da keçirməyi nəzərdə tuturam”.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşım edib.

O, həmçinin bildirib ki, solaxay olmağı işinə yarayıb:

“İnşallah ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bu gün köməkçilərimə tapşırıq verdim ki, hər həftə olduğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlayaraq evdən seçicilərin onlayn qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazımdır. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim”.

“Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam. Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarındayam! Bu Vətən, bu dövlət, bu millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam!”, - deyə o, əlavə edib.

BAKU.WS