SİZİN REKLAM BURADA!
055 213 76 73


Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini Rəşad Zeynalov idarə etdiyi “VAZ-2107” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün ona “saxla” işarəsi verilib. Yoxlama zamanı R.Zeynalovun sürücülük hüququnun olmadığı da müəyyən edilib.

Ona törətdiyi qayda pozuntuları izah olunsa da, ancaq sürücü polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət edilib və sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə etdiyinə, eləcə də avtomobildə əlavə konstruksiya dəyişikliyinə yol verdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

Polis əməkdaşının qanuni tələbinə məhəl qoymadığı üçün isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə R.Zeynalov barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

BAKU.WS
QALEREYA