SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək məqsədilə növbəti ağacəkmə aksiyası Cəbrayıl rayonunda keçirilib.

BAKU.WS xəbər verir ki, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi"nin "Dostluq Meşəsi" adlandırılan sahəsində keçirilən ağacəkmə aksiyası zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Hesablama Palatasının rəsmiləri və əməkdaşlarının iştirakı ilə ağac tingləri əkilib.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji mühitin, bioloji müxtəlifliyin bərpası, yaşıllıq zonalarının genişləndirilməsi istiqamətində ağacəkmə tədbirləri keçirilir, müxtəlif növ ağaclar əkilir.

BAKU.WS
QALEREYA