SİZİN REKLAM BURADA!
055 213 76 73


1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, A.Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Baş həkim uşağın ruhi xəstə olmadığını bildirmişdi

BAKU.WS