SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünəndən etibarən gömrükdə bəyan edilməyən mobil telefonlar qeydiyyata alınmır. Bu qayda dəyəri 800 dollardan çox olan telefonlara aiddir.

Ödənməli rüsum məhz müəyyən edilmiş həddən artıq qalan hissədən çıxılır.

Yəni, vətəndaşın gətirmək istədiyi telefonun qiyməti 1000 dollardırsa, bu zaman rüsum yerdə qalan 200 dollara görə hesablanır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, mobil telefonların İMEİ nömrəsinin qeydiyyata alınması prosedurunda da dəyişiklik edilib.

Qeyd edək ki, mobil telefonların bəyan edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin internet səhifəsindən məlumat almaq mümkündür.

BAKU.WS
VİDEO