SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişli olacaq.

Bununla bağlı BAKU.WS-ə "Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyindən məlumat daxil olub.

Bildirilir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinə məktub ünvanlanıb.

Məktubda qeyd olunur ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

Məlumatda o da qeyd olunur ki, bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, politielen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcəkdir.

BAKU.WS