SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

BAKU.WS-in məlumatına görə, Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft dizaynerləri cəlb olunublar.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

BAKU.WS-in əməkdaşının hazırlıq prosesindən çəkdiyi fotoları təqdim edirik:

Təranə İbrahim
BAKU.WS
QALEREYA