SİZİN REKLAM BURADA!
055 213 76 73


"WhatsApp"ın İOS-un beta versiyasında videozənglər üçün yeni funksiya yaradılıb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Qeyd olunur ki, yenilik "WhatsApp"ın bir sıra istifadəçiləri üçün əlçatan olacaq.

Yeni funksiya videozəng zamanı "WhatsApp"ın minimuma endirilməsi zamanı söhbəti davam etdirməyə imkan verir - zəng ekranı kiçik üzən pəncərədə yerləşdiriləcək. Bu halda, pəncərə bağlana, ekran ətrafında hərəkət etdirilə və ya ölçüsü dəyişdirilə bilər.

İndiyə qədər onlar yeniliyi yalnız ən son iOS 16.1 ilə işləyən "iPhone"da sınaqdan keçirə biliblər.

Messencerin "Android"də olan versiyasında bu funksiya artıq bir neçə ildir ki, işləyir.

BAKU.WS