SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Hiss sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında şəhid Səbuhi Əhmədovla fotosunu paylaşıb. İfaçının şəkili illər əvvəl böyüdüyü SOS uşaq kəndində lentə alınıb.

Hiss "Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!" sözlərini yazaraq Səbuhinin ölümünə görə dərin kədər hissi keçirdiyini ifadə edib. 

Xatırladaq ki, Səbuhi Əhmədov ötən gün ermənilərin təxribatı nəticəsində şəhid olan 50 qəhrəmanımızdan biridir. SOS uşaq kəndində valideyn himayəsindən məhrum böyüyən şəhidimiz Bakıda, ikinci fəxri xiyabanda dəfn edilib.


 

BAKU.WS