VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Valideynlərindən məhrum olan cütlüyə dövlət sahib çıxdı. Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yasəmən və İbrahim adlı 2 gəncin möhtəşəm toy mərasimi keçirilib. "XəzərXəbər” bu gün gənc ailənin evində qonaq olub.

Onlar valideyn himayəsindən məhrum olsalar da, şad günlərində hər kəs onların yanında oldu, üzlərini güldürdü. Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yasəmən və İbrahim Abzotovların toy mərasimi keçirilib.

"XəzərXəbər” olaraq xoşbəxt cütlüyün ilk evlilik günündə qonaqları olduq. Ailə quran gənclər Nizami rayonunda valideyn himayəsindən məhrum olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yaşayış binasında mənzillə təmin edilib.

Valideyn himayəsindən məhrum olan İbrahim və Yasəmən Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüblər. Elə onların məhəbbət hekayələri də burada başlayıb.
İbrahim Abzotov 1989-cu ildə Bakıda doğulub. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olan İbrahim Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüb. Yasəmən Abzotova 1994-cü ildə Bərdə rayonunun Alaçadırlı kəndində dünyaya gəlib. 2001-ci ildən valideyn himayəsindən məhrum olub. Nizami rayonundakı 1 saylı uşaq evində təlim-tərbiyə alıb.

Yasəmən Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. İbrahim isə təhsilini başa vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işlə təmin olunub.

Toy mərasimində bəylə gəlinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından avtomobil hədiyyə olunub.
 
BAKU.WS