SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabadın Narlıq kəndi rayon mərkəzindən 16 km məsafədə yerləşir.

BAKU.WS-in oxu.az-a istinadən məlumatına görə, 2500 nəfərdən çox əhalisi olan kəndin sakinləri deyir ki, problemləri xirtdəyə kimidir. Döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb. Hər yerdən əli üzülən kənd sakinləri Baku TV-yə üz tutublar.

Deyirlər ki, kənddə nə həkim var, nə də tibb məntəqəsi. Kənddə bir tibb məntəqəsinə oxşar tikili var ki, onu da sakinlər öz vəsaitləri hesabına inşa etdiklərini bildirirlər. Onun da qapıları bağlıdır.

Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, həkim çatışmazlığı səbəbindən Narlıq kəndində tibb məntəqəsi fəaliyyət göstərmir. Yalnız müraciət olunduqda təcili tibbi yardım briqadaları kəndə gedir.

Ətraflı süjeti təqdim edirik:

BAKU.WS
VİDEO