SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabrın 24-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günündə Xırdalan şəhərində əsaslı şəkildə yenidən qurulmuş üç istirahət parkı sakinlərin istifadəsinə verilib.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi parklarda yaradılan şəraitlə tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib. Bildirilib ki, Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “Ana və uşaq parkı”nda əsaslı şəkildə abadlıq işləri görülüb. Ümumi sahəsi 4917 kvadratmetr olan parka ümumilikdə 1650 kvadratmetr kermoqranit vurulub, 2200 kvadratmetr qazon döşənib və suvarma sistemi çəkilib. Parkın ərazisinə 66 işıq dirəyi quraşdırılıb, 9 idman qurğusu, 27 oturacaq qoyulub. Əraziyə 1067 kvadratmetr asfalt örtüyü döşənib.

Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsindəki “1941-1945 Müharibəsi abidəsi”nin yerləşdiyi park da əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 5854 kvadratmetr olan parkın ərazisinə 1560 kvadratmetr kermoqranit vurulub, 4294 kvadratmetr qazon döşənib və suvarma xətti çəkilib. Burada 65 işıq dirəyi quraşdırılıb, 16 oturacaq qoyulub.

Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “Əlillər binası”nın qarşısında da istirahət guşəsi yaradılıb. Ümumi sahəsi 3170 kvadratmetr olan istirahət guşəsinə 830 kvadratmetr kermoqranit vurulub,1950 kvadratmetr qazon döşənib və suvarma sistemi çəkilib. Parkın ərazisinə 590 paqonmetr bardür düzülüb, 35 işıq dirəyi quraşdırılıb. Əraziyə ümumilikdə 390 kvadratmetr asfalt örtüyü döşənib.

Qeyd edilib ki, hər üç parkda sakinlərin dincəlməsi, uşaqların oynaması, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi və yaşlı insanların dincəlməsi üçün lazımi şərait yaradılıb.

BAKU.WS
QALEREYA