SİZİN REKLAM BURADA!
055 213 76 73


Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən sıxlıq müşahidə edilir.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, sıxlıqla əlaqədar bu yolla hərəkət edən 1, 13, 38, 184, M3 və M8 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında ləngimələr var. Hazırda qeyd edilən marşrut xətləri üzrə 20-yə yaxın avtobus sıxlıqda qalaraq gecikir.

Nəticədə Yusif Səfərov - Bakı metropoliteninin “28 May” stansiyası, eləcə də Koroğlu Rəhimov küçəsi - “Gənclik” metro stansiyası istiqamətlərindəki dayanacaqlarda sərnişin sıxlığı müşahidə edilir.

BAKU.WS
QALEREYA