SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu coşqu, əyləncə, bağırtı, siqnallar və konsertlərin içində bir sıxıntı görürəm... Yox, əsla bədbin adam deyiləm, amma bu bayramın o biri üzündəki qan, atasız qalmış uşaqlar, övladını itirmiş valideynlər, canı zədələnmiş qardaşlar, bir an belə gözümün qarşısından getmir...”.

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Murad Arif sosial şəbəkə hesabında yazıb. Sənətçi böyük səhnələrdə oxusa da, qazi və şəhidlərimizə görə böyük kədər və hüzn hissi keçirdiyini bildirib:

“Oxuyuruq, işimiz səhnədir, amma bəzən içdən gəlmir. Sanki, təsəlli olmaq istəyirsən ya özünə, ya qarşındakına... Qazilərlə tez-tez görüşürük. O görüşlərdə işlətdiyim cümlələr, ötürmək istədiyim enerji bilmirəm nə qədər uğurlu olur?

Baxırsan ki, məndən 20 yaş kiçikdir. Amma, gözlərindəki kədər, məndən qoca... Bunun içində olmaq, bunları görərək "boşvermək" çətindir. O gün bir məclisin əvvəlində şəhidləri sükutla andıq. Elə istəyirdim ki, bir az da uzun sürsün o süküt. İzah edə bilmirəm...”.

BAKU.WS
QALEREYA