SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib.

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda yolların əksəriyyətində hərəkət var.

Yollardakı vəziyyətlə bağlı cədvəli təqdim edirik:

1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi

Yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar qaryonları ərazisində 5-8 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

2 Giləzi-Xızı

Yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilmişdir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

3 Bakı-Qobustan

Yağıntı yoxdur, yol açıqdır, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

4 Qobustan-Şamaxı-Muğanlı

Yağıntı yoxdur, yol açıqdır, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

5 Muğanlı-Ağsu-Yevlax

Yağıntı yoxdur, yol açıqdır. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

6 Bakı-Ələt-Hacıqabul

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

7 Hacıqabul-Ucar-Yevlax

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

8 Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

9 Muğanlı-İsmayıllı

Yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Hazırda kənd yollarında nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması ilə əlaqədar tədbirlər davam etdirilir.

10 İsmayıllı-Qəbələ-Oğuz-Şəki

Yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

11 Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhəd

Yağıntı yoxdur, yol açıqdır, Şəki və Qax rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

12 Yevlax-Şəki (Göybulaq)

Yağıntı yoxdur, yol açıqdır. Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

13 Gəncə-Daşkəsən-Xoşbulaq

Daşkəsən rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

14 Şəmkir-Gədəbəy

Yağıntı yoxdur, yol açıqdır, Gədəbəy ərazisində 4-5 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

15 Ələt-Astara-İran İslam Resp. ilə dövlət sərhədi

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

16 Masallı-Yardımlı

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

17 Lənkəran-Lerik

Yağıntı yoxdur, yol açıqdır, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

18 Hacıqabul-Bəhramtəpə-Horadiz

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

BAKU.WS