SİZİN REKLAM BURADA!
055 213 76 73


60 yaşı münasibəti ilə özünə ad günü məclisi təşkil edən 187 saylı məktəbin direktoru Nailə Məmmədova üzr istəyib. O, bildirib ki, təşkil etdiyi məclis əslində Qubadlının işğaldan azad olunması münasibəti ilə qurulubmuş. 

BAKU.WS xəbər verir ki, direktor öncə milləti qələbə münasibəti ilə təbrik edib:

"Hər kəsi torpaqlarımızın alınması münasibəti ilə təbrik edirəm. Vətən müharibəsi başlayan ilk gündən Azərbaycan əsgərlərinin yanında olmuşam. Dəfələrlə cəbhə bölgələrinə getmişəm. Əgər sizin yanınıza gəlmək qəbahətdirsə mən üzr istəyirəm. Maştağa kəndinə gələn bütün şəhidlərimizin dəfninə getmişəm. Bir ana kimi onların cənazəsinin yanında diz qoyaraq ağlamışam. Bu qəhabətdirsə, bütün şəhid ailələrindən üzr istəyirəm".

Qeyd edək ki, Təhsil Naziri Emin Əmrullayev tərəfindən töhmət alan direktor bu gün DİN tərəfindən də 3 min manat civarında cərimələnib. 

Videonu təqdim edirik:

BAKU.WS
VİDEO