SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıdakı Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı (“Jen Mironosits” pravoslav kafedralı) kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, saat 12.00-da şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

“Jen Mironosits” kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır. Arxiyerey Aleksandr İşein və kilsənin baş keşişi Leonid Miltıxın iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilir və şəhidlərin ruhuna dualar oxunur.

Qeyd edək ki, Müdafiə Nazirliyi Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusunun şəhid olduğunu açıqlayıb.

Prezident İlham Əliyev 4 dekabr saat 12:00-da bütün Azərbaycan ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi barədə sərəncam imzalayıb.

BAKU.WS
VİDEO

QALEREYA