Xərçəng xəstəsi olan 48 yaşlı aktyor vəfat etdi

Xərçəng xəstəsi olan 48 yaşlı aktyor vəfat etdi
Video
Şou-biznes 122

Amerikalı aktyor Ceyms Devid Van Der Bik vəfat edib.

BAKU.WS xəbər verir ki, iki ildir yoğun bağırsaq xərçəngindən əziyyət çəkən aktyor dünyasını dəyişib.

Bu barədə onun həyat yoldaşı Kimberli sosial şəbəkədə paylaşım edib.

"Hörmətli və əziz Ceyms Devid Van Der Bik bu səhər dünyasını dəyişdi. O, son günlərini cəsarət, inam və ləyaqətlə qarşıladı" - deyə, o qeyd edib.

Ceyms Van Der Bik, "Dawson"s Creek" serialının baş qəhrəmanı kimi məşhurlaşıb.

Xərçəng xəstəsi olan 48 yaşlı aktyor vəfat etdi

Xatırladaq ki, o sağlam həyat tərzi ilə tanınıb. Sağlam qidalanıb, mütəmadi olaraq ağır atletika, pilates, üzgüçülüklə məşğul olub. 2023-cü ildə aktyorda şiş aşkar edilib. Van Der Bik diaqnozdan şoka düşdüyünü etiraf edib.

Ceyms yalnız müalicəsinin bir hissəsini başa vurduqdan sonra 2024-cü ilin noyabrında bu diaqnozu ictimaiyyətə açıq elan edib.

Aktyorun son günlər yayılan bir fotosu sevənlərini göz yaşına boğmuşdu.

Fotoya "Onun xərçəng xəstəliyindən bu qədər arıqladığını bilmirdim, bu, dəhşətdir", "Onun böyük fanatı deyiləm, amma onun bu qədər zəif və xəstə olduğunu görmək məni çox kədərləndirir", "Mən şoka düşürəm ki, sağlam və güclü bir adam necə dəyişə bilər" kimi şərhlər yazılıb.

Ceyms Devid Van Der Bikin 6 övladı var.

Xərçəng xəstəsi olan 48 yaşlı aktyor vəfat etdi

Oxşar xəbərlər

Son xəbərlər