Ürəyində stendlə yaşayan 75 yaşlı aktyor vəfat etdi

Ürəyində stendlə yaşayan 75 yaşlı aktyor vəfat etdi
Foto
Şou-biznes 105

"Yeşilçam"ın 75 yaşlı aktyoru Arif Ertan Güntav vəfat edib.

BAKU.WS xəbər verir ki, onun ölümü barədə oğlu məlumat yayıb.

O, sosial şəbəkədə paylaşdığı mesajda "Atam Arif Ertan Güntavı təəssüf ki, itirdik. Başımız sağ olsun" sözlərini qeyd edib.

Uzun müddətdir səhhətində problemlər yaşayan aktyorun həyatına ürəyində stendlə davam etdirdiyi bildirilib.

Onun vəfatı sənət aləmində dərin kədər hissi yaradıb.

Aktyorun çalışdığı Film-San Vakfı tərəfindən də başsağlığı mesajı yayımlanıb.

Açıqlamada "Yeşilçamın əməkdar aktyoru Arif Ertan Güntava Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirik" - deyə qeyd olunub.

Mərhum bu gün Üsküdar Çiçekçi məscidində qılınacaq cənazə namazının ardından son mənzilə yola salınacaq.

Son xəbərlər