Röya və Əkbərin "Ay qız" mahnısı geri qaytarıldı - Plagiat iddiaları yalan çıxdı
Xalq artisti Röya və müğənni Əkbər Əliyev tərəfindən təqdim olunan "Ay qız" mahnısının plagiat olması ilə bağlı səsləndirilən iddialar öz təsdiqini tapmayıb.
BAKU.WS xəbər verir ki, sözləri Həmid Məmmədliyə, musiqisi isə Röya Ayxanın qardaşı İsmail Zadəyə məxsus olan "Ay qız" mahnısı 10 gün əvvəl YouTube platformasından silinmişdi.
Lakin İsmail Zadənin adından məsələ ilə bağlı rəsmi şəkildə YouTube-a əks müraciət təqdim edildikdən sonra bu 10 günlük mübahisə müddətində YouTube bəstəyə qarşı olan bütün iddiaları rədd edərək klipi bərpa etmişdir.
Beləliklə, "Ay qız" mahnısı yenidən YouTube platformasına qaytarılıb, səsləndirilən plagiat iddialarının isə əsassız olduğu ortaya çıxıb.
Oxşar xəbərlər
"Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı
Ankarada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan və onunla əlaqəli şəxslərə qarşı aparılan cinayət işi çərçivəsində növbəti irimiqyaslı əməliyyat...